Sərnişindaşıma sahəsində elektromobillərin sayı əhəmiyyətli dərəcədə artırılacaq Mütəxəssis

23.10.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Məlum olduğu kimi, Azərbaycanda uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyası hazırlanır. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarda avtomobil nəqliyyatının emissiya faizinin azaldılması və elektromobillərə keçidin sürətləndirilməsi nəzərdə tutulur".

Nəqliyyat eksperti Elməddin Muradlı bunu 525.az-a bildirib.

Ekspert qeyd edib ki, xüsusi təşviq proqramları vasitəsilə sərnişindaşıma sahəsində elektromobillərin sayı əhəmiyyətli dərəcədə artırılacaq:

"Sənədə əsasən, 2035-ci ilədək daxili yanma mühərrikli avtomobillərin mərhələli şəkildə istismardan çıxarılmasının planlaşdırılması, 2060-cı ilədək isə sərnişin avtomobilləri parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının 100 faizə çatdırılması hədəflənir. Verilən qərar avtomobil sahiblərini çaşbaş salıb. Deyirlər ki, benzin və dizel mühərrikli avtomobillərin taleyi necə olacaq? Bu avtomobillərin qiymətləri artacaq, yoxsa azalacaq? Bəri başdan deyim ki, ekoloji standartlara cavab verməyən avtomobil parkının yenilənməsi planlaşdırılır. Bu o deməkdir ki, ilkin mərhələdə bu prosesin həlli istiqamətində addımların atılması nəzərdə tutulub. Hazırda “Təmiz şəhər” ASC” tərəfindən köhnə avtomobillərin utilizasiya prosesi həyata keçirilir və proses getdikcə inkişaf edir. Qurumdan vaxtaşırı avtomobilini utilizasiyaya təhvil verənlərin sayında kifayət qədər artımın olduğu barədə məlumatlar əldə edirik".

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью