Sərnişindaşıma üçün xüsusi avtobuslar ayrılıb KONKRET

08.03.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırıldığından Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur. Sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xüsusi ayrılmış avtobuslarla ödənişsiz aparılır.

AYNA-dan KONKRET.az-a bildirilib ki, Naxçıvan Avtovağzalından İğdır hava limanı və əks istiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.

Martın 5-dən indəyədək ümumilikdə 34 reys həyata keçirilib, 1442 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb. Proses davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью