Sərnişindaşımadakı xaos: Avtobuslarda kondisioner problemi niyə həll olunmur? | Icma.az
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Yay fəslinin qızmar istiləri və havanın temperaturunun kəskin yüksəlməsi səbəbindən paytaxt avtobuslarında kondisioner problemi yenidən gündəmə gəlib.
Belə ki, ictimai nəqliyyatda fəaliyyət göstərən bir çox avtobusda kondisioner sistemləri ya ümumiyyətlə işləmir, ya da sürücülər tərəfindən işə salınmır.
Bu isə gündəlik olaraq avtobuslardan istifadə edən sərnişinlər üçün ciddi narahatlıq yaradır.
Bəzən avtobuslarda kondisionerlərin işləməməsi texniki baxımdan yaranan nasazlıqlarla əlaqələndirilir. Lakin məsələ yalnız bununla bitmir.
Bu problemlə üzləşən sərnişinlər, şəhər nəqliyyatının ümumi vəziyyəti və nəqliyyat idarələrinin bu məsələni həll etməkdəki səhlənkarlığına etiraz edirlər.
Avtobuslarda kondisonerlərin işləməməsi problemi nə zaman həll olunacaq?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, avtobuslarda kondisonerlərin işlək vəziyyətdə saxlanılması hər zaman diqqətdə saxlanılan məsələdir: “Hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir.
Tam oxu
Xəbəri oxu