Sərnişinin avtobusu Baykal gölünə düşdü 17 nəfər...

08.08.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İrkutsk vilayətinin Olxon rayonunda sərnişinlərlə dolu mikroavtobus yamacdan Baykal gölünə yuvarlanıb.

Bakıvaxtı.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə RF DİN-in regional idarəsindən bildirilib.

"İlkin məlumatlara görə, bu gün gündüz saatlarında mikroavtobus özbaşına hərəkətə başlayıb və yamacdan Baykal gölünə yuvarlanıb. Hadisə baş verən zaman salonun içində insanlar olub. Onlar xəsarət alıblar", - məlumatda deyilir.

Hadisə yerinə təcili yardım xidmətlərinin əməkdaşları gəliblər. Mikroavtobusda 17 sərnişin olub. Onlardan bəzilərinə tibbi yardım göstərilib. Qəzanın səbəbləri araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью