Sərnişinin çamadanından 37 zəhərli ilan çıxdı

16.10.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın Köln-Bonn hava limanında 37 zəhərli ilan və 55 kərtənkələni ölkəyə keçirməyə çalışan şəxs saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, gömrük əməkdaşları Meksikadan gələn 45 yaşlı yanğınsöndürənin yaşıl dəhlizdən keçərkən özünü gərgin aparmasına diqqət yetiriblər.

Şübhəlinin çamadanı yoxlanılmazdan əvvəl ondan narkotik testi götürülüb. Testin nəticəsində kokain izləri aşkarlanıb.

Çamadanda narkotik maddə tapılmasa da, şampun və krem qablarında, plastik konteynerlərdə və corabların arasında gizlədilmiş çoxsaylı ilan və kərtənkələlər aşkar edilib. Onların arasında zəhərli gürzələr, çalğı ilanları və iquanalar da olub.

Köln Gömrük İdarəsinin sözçüsü Yens Ahland bildirib ki, hava limanının əməkdaşları qeyri-adi əşyalarla rastlaşmağa öyrəşiblər.

Lakin indiyədək Meksikadan gətirilən 37 canlı zəhərli ilan və 55 kərtənkələ ilə qarşılaşmayıblar.

Adı açıqlanmayan şəxs heyvanları braziliyalı bir tanışına yaxşılıq etmək məqsədilə gətirdiyini deyib.

Sağ qalan heyvanların qayğısını Almaniyadakı ilan ferması öz üzərinə götürüb.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью