Sərnişinin ölümünə səbəb olan sərxoş sürücü məhkəmə zalında həbs edildi | Icma.az
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq. Gəncə Ağır Cinayətlər Məhkəməsində qəza törətməkdə təqsirləndirilən Sənan Quliyevin (soy
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Quliyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs olunub.
İttihama görə, hadisə 29 aprel 2024-cü il tarixdə, saat 23 radələrində Şəmkir rayonu, Mahmudlu kəndində qeydə alınıb.
Belə ki, Sənan Quliyev sərxoş vəziyyətdə idarə etdiyi BMW markalı maşınla hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi avtoyuma məntəqəsinə çırpılıb.
Nəticədə avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş Aslan Kirov ölüb.
Hadisədən sonra Sənan Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu