Sərnişinin yükü təyyarəyə yüklənərkən alışıb

18.08.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliyanın Milan şəhərinin hava limanında "British Airways"-in sərnişinlərindən birinin yükü qəfildən alovlanıb. Bu barədə "Paddle Your Own Kanoo" (PYOK) xəbər portalı məlumat yayıb.

Hadisə Böyük Britaniyanın London şəhərinə həyata keçirilən uçuş zamanı baş verib. Təyyarəyə yüklənməzdən əvvəl çamadanların olduğu konteynerdə yanğın başlayıb. Hadisə bir şahid tərəfindən videoya çəkilib. Yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunub və yanğını uğurla söndürüb, xəsarət alan olmayıb. Aviaşirkət nümayəndəsi deyib: “Milan Malpensa hava limanında yerüstü xidmət zamanı baqajın yanğında zədələnməsindən xəbərdarıq. Məsələ dərhal həll edilib”.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью