Sərnişinlər Bakı metrosundan belə çıxarılır FOTOLAR

21.04.2026

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

"Unikal" xəbər verir ki, ilkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə hazırda bütün stansiyalarda sərnişinlərin təxliyəsi həyata keçirilir.

Ağarza Elçinoğlu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью