Sərnişinlər dayanacaqda avtobus gözləyir: AYNA susur

06.08.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial şəbəkələrdə 65 nömrəli marşrut avtobusunun hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı narazılıqlar gündəmə gəlib. 

"Cebheinfo.az" xəbər verir ki, vətəndaşlar sosial şəbəkə paylaşımlarında iddia edirlər ki, dəyişiklik barədə sərnişinlərə əvvəlcədən heç bir məlumat verilməyib. Qeyd edilib ki, bu səbəbdən “Azneft” dairəsində çoxsaylı vətəndaş 65 nömrəli avtobusu gözləməli olub. 

Həmçinin bildirib ki, əgər marşrut dəyişikliyi “Formula 1” yarışları ilə əlaqədar “Azneft” dairəsində quraşdırılan tribunalarla əsaslandırılırsa, həmin ərazidən hərəkət edən 10, 18, 6 və 53 nömrəli avtobusların fəaliyyətində məhdudiyyət müşahidə olunmur. 

Bəzi sosial şəbəkə istifadəçiləri isə marşrut dəyişikliyinin səbəbinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri olduğunu qeyd ediblər. 

Şərhlərdə bildirilib ki, Nizami küçəsindən “28 May” metrostansiyası istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edildiyi üçün 65 nömrəli avtobusun marşrutunda dəyişiklik edilib. Məsələ ilə bağlı AYNA tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
 
Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью