Sərnişinlərdən neçəsi azərbaycanlıdır? RƏSMİ AÇIQLAMA

25.12.2024

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində ilkin məlumatlara görə, 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan və 16 Rusiya vətəndaşı olub.

sfera.az “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi bildirib.

Qeyd edək ki, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью