Sərnişinlərə şad xəbər Uzun fasilə başa çatır!

30.10.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşıma xidməti noyabrın 20-dən etibarən yenidən fəaliyyətə başlayacaq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, Bakıdan Balakənə qatar noyabrın 20-də, əks istiqamətdə isə noyabrın 21-də hərəkət edəcək. Sezar pizza

Qeyd edək ki, sel hadisəsi nəticəsində Qax-Zaqatala dəmir yolu xəttinə ziyan dəyməsi səbəbindən bu marşrut üzrə sərnişindaşıma xidməti müvəqqəti dayandırılmışdı.

Təmir işləri artıq yekunlaşıb və müəyyən edilmiş tarixlərdən etibarən qatarların hərəkəti bərpa olunacaq.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью