525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Təyyarə və qatarlarda sərnişinlərə müxtəlif əlavə xidmətlər təqdim olunduğu kimi, şəhərlərarası avtobuslarda da bu təcrübənin inkişaf etdirilməsi mümkündür".
Bunu nəqliyyat eksperti Rauf Ağamirzəyev 525.az-a deyib. Ekspert bildirib ki, təxminən 7 il əvvəl Azərbaycanda bəzi şəhərlərarası avtobuslarda çay və kofe servisi mövcud olub. Son illərdə sərnişindaşıma sahəsində onlayn bilet satışı, elektron ödəniş imkanları və xidmətin təşkili baxımından müəyyən irəliləyişlər əldə edilib:
"Növbəti mərhələdə isə sərnişinlərə təqdim olunan xidmətlərin çeşidini artırmaq olar".
Sevinc Qarayeva