Sərnişinləri daşıyan nəqliyyata ildırım düşdü

13.11.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Türkiyənin Qaziantep şəhərində sərnişin daşıyan hərəkətdə olan tramvaya ildırım düşüb. 

Redaktor.az bu barədə Türkiyə KİV-ə istinadla xəbər verir.

Hadisə güclü yağış zamanı, günorta saatlarında şəhərin Pançarlı rayonunda yerləşən Burç–Süd xəttində baş verib. İldırım çaxdığı anda tramvayda olan sərnişinlər təxliyə olunub. Hadisə yerində qısa müddətli panika yaşanıb.

Tramvay xətti üzrə hərəkət təhlükəsizlik məqsədilə müvəqqəti dayandırılıb. Texniki heyət hadisə yerinə cəlb olunaraq zədələnmiş nəqliyyat vasitəsini xətdən çıxarıb. Daha sonra tramvayların hərəkəti bərpa edilib.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью