Sərnişinlərin DİQQƏTİNƏ: | Icma.az
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gün Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək".Missiya.Az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib."Sərnişinlərdən səfərlərini planlayarkən bunu nəzərə almalarını xahiş edirik.
Hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik ", - deyə məlumatda bildirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu