Sərnişinlərin NƏZƏRİNƏ! Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişir

29.11.2024

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

“Həzi Aslanov” stansiyasının dalanında təmir işləri ilə əlaqədar noyabr ayının 30-dan Bakı metropoliteninin Qırmızı və Yaşıl xətlərində qatarların hərəkət qrafiki dəyişdiriləcək. 
Bu barədə Bizim.Media-ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 
Bildirilib ki, bu səbəbdən “Bakmil” stansiyası istiqamətində və əksinə qatarların hərəkət cədvəlinə də dəyişikliklər ediləcək. 
İş, şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi internet səhifəsinin müvafiq bölməsində (//metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilir. 
Nazirlər Kabinetinin qərarı ilə elan edilən qeyri-iş, habelə bayram günləri ilə bağlı sərnişinlərə əlavə məlumatlar təqdim ediləcək. 
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью