Şərq Ekspresi yenidən fəaliyyətə başladı

24.12.2024

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə dekabrın 23-dən “Şərq Ekspresi” turist qatarlarının hərəkəti bərpa edilib.

Axar.az xəbər verir ki, turistlərin olduğu ilk qatar Ankaradan Qarsa yola düşüb.

Səyahət boyunca Ərzincan, Ərzurum və Sivas kimi şəhərləri görmək imkanı var.

Mənzərəli marşrut üzrə müntəzəm reyslər 2025-ci il mart 2-dək davam edəcək. Ümumilikdə 60 reys planlaşdırılır.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu bu ekspresi “ənənəvi istirahət məkanlarına mühüm alternativ” adlandırıb.

“Şərq Ekspresi” Türkiyədə 2019-cu il mayın 29-dan istifadəyə verilib. Bu günə qədər Anadolunun 71 min sakini və qonağı turizm marşrutunun xidmətlərindən istifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью