ŞƏRQ VƏ QƏRB TƏBABƏTİNİN SİNTEZİ ADİL QEYBULLA YAZIR | Icma.az
Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.
İnteqrativ Təbabət Bu gün dünyada şərq təbabəti ilə qərb təbabətinin sintezi prosesinə şahidlik edirik.Əslində müasir təbabətin ən böyük problemlərindən biri - xəstəliyi törədən köklü səbəblərin deyil, bir xəstəliyin təzahür əlamətlərinin aradan qaldırılmasına hesablanan fəaliyyətdir.
Tibb elmi bir çox hallarda xroniki, geri dönüşlü (residivləşən), əsl səbəbi bilinməyən xəstəliklərin bir çoxunun nəzəri inkişaf mexanizmlərini əsas götürərək xəstəliklərin kompleks yanaşmasına önəm vermir.Son illər bütün dünyada vüsət alan, konkret nəticələr verən qeyri -ənənəvi təbabətin xəstəliklərin müalicəsində mühüm gəlişmələr, xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması, əmək qabillyyətinin bərpası istiqamətində nəticələr verməsi İnteqrativ təbabətin aktuallığını artırır.İnteqrativ təbabət insanı bütövlükdə, yəni ağlını, bədənini və ruhunu birgə müalicə etmək üçün sübuta əsaslanan yanaşmanı tətbiq edir.
Fiziki, emosional, əqli və mənəvi ehtiyaclar bütün patoloji vəziyyətlərdə iştirak edir, buna görə də Psixo-Neyro-Endokrin və İmmun Sistemlərin bütün səviyyələrdə baș verən pozulmaları ilə nəticələnən səbəblərə təsir edərək, orqanizm bütövlükdə müalicə edilməlidir.
Müxtəlif xəstəliklərdə müəyyən sistemlərin cəlb olunma dərəcəsi fərqlidir və xəstənin fərdi xüsusiyyətlərindən və patogen amillərin kompleksindən asılıdır.
Buna görə də, İnteqrativ tibb həmişə müalicələrin kombinasiyasından istfadə edir, optimal sağlamlıq və şəfa əldə etmək üçün həm ənənəvi yanaşmaları, həm də alternativ müalicə üsullarını "inteqrasiya edir, birləşdirir".Tibbdə bu istiqamətin inkişafının başlanmasına səbəb bir çox həkimlərin və xəstələrin uzunmüddətli dərman istifadəsindən narazılığı, dərmanlara öyrəşmə, bir sıra hallarda onlanıneffektsizliyidir; müxtəlif səpgili ağırlaşmaların baş vermə statistikası 30%-ə yaxındır.Vərəm, autoimmun xəstəliklər zamanı aparılan uzunmüddətli müalicələr, onkoloji praktikada tətbiq edilən polikimyəvi terapiya, radio kontrast müayinə vasitələri, șüa müalicəsi kimi müasir elmi üsulların orqanizmə göstərdiyi ciddi yan etkilərin aradan qaldırılmaması orqanizmin yeni təlatümlərlə üzləşməsinə gətirib çıxarır.Nəzəra almalıyıq ki, farmakoloji doyma müasir tbbin ən böyük problemlərindən biridir.
ABŞ-da 1,5 milyon insan dərmanların yan təsirləri səbəbindən xəstəxanada yatmalı olur, Aİ ölkələrində isə eyni səbəblərdən xəstəxanaya yerləşdirilmə 15%-i.
Çox vaxt "medikamentoz xəstəlik" müalicəsinə başlanılan xəstəlikdən daha ağır olur.
Tam oxu
Xəbəri oxu