Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Tailand ordusunu ötən il baş verən sərhəd toqquşmalarında “kimyəvi silah və maddələrdən istifadə etməkdə” ittiham edən Kamboca Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına (OPCW) müraciət edib.
Qaynarinfo xəbər verir ki, Kamboca Tailanddan OPCW-yə şikayət edərək, kimyəvi silah istifadəsinə dair sübutların olduğunu bildirib.
"Phnom Penh Post" qəzetinin xəbərinə görə, ölkədəki minaların və partlamamış hərbi sursatların təmizlənməsinə nəzarət edən Kamboca Mina Fəaliyyəti Mərkəzinin (CMAC) baş direktoru Henq Ratana məsələ ilə bağlı təqdimat keçirib.
Ratana sərhəd mübahisəsi yaşadıqları Tailandın ötən ilki toqquşmalar zamanı “kimyəvi silah və kimyəvi maddələrdən” istifadə etdiyini iddia edib. O bildirib ki, bu maddələr təyyarələr, pilotsuz uçuş aparatları (PUA) və artilleriya mərmiləri vasitəsilə daşınıb və mülki əhalinin yaşadığı ərazilərdə bununla bağlı “sübutlar” aşkarlanıb.
OPCW-yə bununla bağlı şikayət ərizəsi göndərdiklərini bildirən Ratana deyib: “Onlar öz ekspertlərini bölgəyə göndərərək araşdırma aparmalı və nümunələr toplamalıdırlar. Bu nümunələr müəyyən edilmiş müstəqil laboratoriyalarda da yoxlanılmalıdır. Bu iş böyük diqqət və dəqiqliklə həyata keçirilməlidir".
Aydın