Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bu ilin yanvar-avqust dövründə Şərqi Qara dəniz bölgəsindən ixracat ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artımla 1,172,536,879 dollara çatıb.
Şərqi Qara dəniz İxracatçıları Assosiasiyasının (DKİB) Direktorlar Şurasının sədri Selçuk İskəndər yazılı açıqlamasında bildirib ki, bu ilin 8 aylıq dövründə Trabzondan ixracat 895,240,000 dollar, Rizədən 129,827,000 dollar, Gümüşhanedən 86,973,000 dollar və Artvindən 60,495,000 dollar təşkil edib.
İskəndər ixracın Trabzonda ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz, Gümüşhanədə 49 faiz və Artvində 30 faiz artdığını, Rizədən ixracın isə 2 faiz azaldığını bildirib.
O, ixrac sektorları siyahısında fındığın 575.749.000 dollarla birinci, mineral və metalların 162.746.000 dollarla, su məhsulları və heyvandarlıq məhsullarının 154.164.000 dollarla, təzə meyvə və tərəvəzlərin isə 94.942.000 dollarla birinci olduğunu vurğulayıb.
S.İskəndər qeyd edib ki, bu dövrdə Şərqi Qara dəniz bölgəsindən 126 ölkəyə satış həyata keçirilib və ən çox ixrac edilən beş ölkə İtaliya, Rusiya, Gürcüstan, Almaniya və Çin olub.
İskəndər qeyd edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə İtaliyaya ixrac 3 faiz, Rusiyaya 10 faiz, Gürcüstana 16 faiz, Almaniyaya 42 faiz və Çinə 61 faiz artıb. O, həmçinin bildirib ki, ötən ilin eyni dövründən fərqli olaraq, ixracat daha 12 ölkəyə, o cümlədən El Salvador, Qambiya, Sudan, Andorra, Maldiv adaları və Qabona həyata keçirilib.
M.MİRZƏ
XQ