Şərqi Qüdsdə 50 fələstinli saxlanılıb

25.11.2025

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail ordusu işğal altında Şərqi Qüdsdə bir çox evlərə basqın edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinli Məhbuslar Assosiasiyası açıqlama yayıb.

Bildirilib ki, İsrail qüvvələri dünən axşamdan bəri Şərqi Qüds də daxil olmaqla bir çox şəhərlərdə əsassız həbslərə başlayıblar: "İlkin məlumata gərə, onlar bir çox iş yerlərinə basqın ediblər. Bu zaman onlara etiraz edən, dirənən təxminən 50 nəfəri həbs ediblər".

Məlumatda o da deyilir ki, hazırda Yerixo, Cenin, Beytləhm, Nablus və Ramallahda əməliyyatlar davam edir.

Tahir Şəlvəli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью