Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün səhər saatlarında İsrail və ABŞ qüvvələri Qərbi və Şərqi Azərbaycan əyalətlərinin Təbriz, Urmiya, Xoy, Tikantəpə, Salmas, Makı, Soyuqbulaq, Həştrud və Xamənə şəhərlərində yerləşən hərbi obyektlər və polis mərkəzlərini bombalayıb.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Hava zərbələri nəticəsində Qoşaçay (Miyandab) şəhərinin Kəşfiyyat Mərkəzi və SEPAH bazasının tamamilə məhv edildiyi bildirilib.
Genişmiqyaslı dağıntıların olduğu bildirilsə də, insan tələfatı barədə məlumat verilməyib.