Şərqiyyə Abbasova: 30 il yaşadığım çətinlik qələbə sayəsində gözümdə bir heçə döndü | Icma…
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"44 günlük müharibədə biz xalq olaraq dəmir yumruq kimi birləşməyi öyrəndik. Allah bizim xalqımızın birliyini qorusun".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Şərqiyyə İbrahim qızı Abbasova deyib.
O bildirib ki, artıq Azərbaycan ərazi bütövlüyünü öz gücü, qüdrəti hesabına təmin etmiş suveren, qüdrətli dövlətdir, azərbaycanlı olduğumuz üçün qürur duyuruq: "33 yaşımda çıxmışdım Cəbrayıldan.
Yoldaşımı da itirdim, dörd yetimlə 30 il köçkün həyatı yaşadım. Amma bu yaşadığım çətinlik bu qələbə sayəsində gözümdə bir heçə döndü.
Bu gün doğma torpağımıza - Cəbrayılımıza köç edirəm qızım və nəvələrimlə.
İgid oğullarımız sıldırım qayaları, aşılmaz sədləri aşaraq adlarını tarixə yazdılar.
İndən sonra minillər keçsə də, bizim bu şanlı tariximizi heç bir qüvvə silə bilməz.
Tam oxu
Xəbəri oxu