Şərqşünas alim Buxarest Universitetində məruzə edib

18.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 18 sentyabr, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Rəşad Həsənov Rumıniyada Buxarest Universitetinin Ərəb Araşdırmaları Mərkəzində keçirilən “Ərəb dilinin dünya dillərində mövcudluğu” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, şərqşünas-alim konfransda “Ərəb dilinin Azərbaycan dilinə təsiri: tarixi qarşılıqlı əlaqə və morfo-semantik uyğunlaşma” mövzusunda məruzə edib.

Məruzədə bildirilib ki, ərəb və Azərbaycan dilləri arasındakı çoxəsrlik əlaqə yalnız söz alış-verişi ilə məhdudlaşmayıb, Azərbaycan dilinin söz quruluşuna və məna sisteminə də təsir edib. Məruzəçi ərəbmənşəli sözlərin Azərbaycan dilində necə mənimsənildiyini və xüsusilə din, idarəçilik, təhsil və elm sahələrində onların zamanla hansı məna dəyişikliklərinə uğradığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью