Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan türkman əlaqələri inkişaf etdirilir

07.10.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 7 oktyabr, AZƏRTAC

İraqda nəşr olunan “Türkman mədəniyyəti” jurnalının baş redaktoru doktor Sabah Kərküklü və tanınmış jurnalist, misirli tədqiqatçı Əhməd Tarabeik oktyabrın 7-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar. Qonaqlar AMEA-nın vitse prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüblər.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Görüşdə türkman-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi, tarixi irsin öyrənilməsi, eyni zamanda, Azərbaycan və ərəb ölkələri arasında münasibətlərin inkişaf etdirilməsi, müştərək layihələrin birgə icrası barədə söhbət aparılıb.

Akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda çap olunmuş son kitablar barədə məlumat verib. Sabah Kərküklü bu kitablardan bəzilərini tərcümə edərək İraqda nəşr etdirmək istəyini bildirib. Azərbaycanla bağlı 4 kitabın, çoxsaylı məqalələrin müəllifi Əhməd Tarabeik bu sahədə tədqiqatlarından bəhs edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью