Sərrast nişan, şanlı Zəfər FOTO

06.11.2026

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Uca dağların qoynuna sığınan Lerik şəhər stadionunda “8 Noyabr – Zəfər Günü” münasibətilə “Sərrast nişan, şanlı Zəfər” devizi altında gənclər arasında güllə atıcılığı üzrə Lerik rayon turniri keçirilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsini tərəfindən keçirilən turnirin əsas məqsədi gənclər arasında atıcılıq idman növünün təbliği, onların bu sahəyə marağının artırılması, nişanalma üzrə bacarıqlarının və fiziki hazırlığın inkişafı , eləcə də Zəfər Gününün tarixi əhəmiyyətinin gənc nəslə aşılanması olub.
Olduqca gərgin, maraqlı şəraitdə başa çatan turnirin yekun nəticələrinə əsasən Röyal Qurbanov birinci yeri tutub. Əli Sultanov ikinci yerə, Ramal Babayev isə üçüncü yerə layiq görülüb.
Qalib gələn idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edilib.

Tural Əliyev,

Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью