Sərt döngədə əks yola çıxan sürücü maşınların üzərinə sürdü VİDEO

26.05.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Abşeron rayonu ərazisində kobud qayda pozuntusu törədən sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 23-də, Masazır-Novxanı yolunda qeydə alınıb. Belə ki, 77-GQ-326 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü yolun sərt döngə olan hissəsində qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb. O, qarşıdan avtomobillərin gəlməsinə əhəmiyyət verməyərək onların üzərinə doğru hərəkət edib. Əks yoldan gələn sürücülər qəzanın baş verəcəyini görən anda sağa manevr edərək təhlükədən yayınıblar.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью