Sərt tənqid: “O, hakimliyi buraxmalıdır”

12.10.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsveçli keçmiş futbolçu Zlatan İbrahimoviç Premyer Liqanın VI turunda keçirilən “Liverpul” – “Mançester Siti” matçının hakimliyindən danışıb.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq hücumçusu referi Kris Kavanahı tənqid edib:

“O, hakimliyi buraxmalıdır. Belə matçda bu cür qırmızı vərəqə göstərmək olmaz. “Liverpul”un futbolçusu rəsmi xəbərdarlıq alacaq qayda pozmamışdı. Premyer Liqada hakimlik dəhşətlidir və ziddiyyətlərlə doludur”.

“Mançester Siti” ikinci hissədə vurduğu qollarla 3:0 hesabıyla qalib gəlib. “Liverpul” hesab 0:0 olarkən futbolçusu Rayan Qravenberxin qırmızı vərəqə almasına görə azlıqda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью