Sertan Taşkın: Rəqibin kimliyinin fərqi yoxdur

06.12.2024

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Sumqayıt" Azərbaycan kubokunun 1/8 finalında MOİK-i 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Oyundan sonra "Sumqayıt"ın futbolçusu Sertan Taşkın Sport24.az-a açıqlamasında matçla bağlı fikirlərini bölüşüb:

"Belə oyunlar həmişə çətin keçir. İstəyirdik matçı 90 dəqiqə ərzində bitirək. Amma alınmadı. Rəqib layiqincə mübarizə apardı. Onlara uğurlar arzulayıram".

O, həmçinin oyunun ikinci hissəsində zədələnib əvəzlənməsindən və Misli Premyer Liqasının növbəti turunda "Neftçi" ilə oyun haqda danışıb:

Çox şükür zədəm ciddi deyil. O an çox ağrım var idi. İndi yaxşıyam. Növbəti oyuna kimi tam sağalacam. Biz hər oyuna qələbə üçün çıxırıq. Rəqibin kimliyinin fərqi yoxdur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью