Sertan Taşkın təsdiqlədi: Maaşların ödənilməsi ilə bağlı problem var

16.10.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Tufan Sadıqovla şəxsi danışığımız olub. Hətta komandanın yanındadır, hər zaman bizə dəstək verir və əlindən gələnin ən yaxşısını edir".

Oxu.Az xəbər verir ki, bu sözləri Futbolinfo.az saytına açıqlamasında Türkiyə I Liqa təmsilçisi "Serik Belediyespor"un və Azərbaycan millisinin üzvü Sertan Taşkın deyib.

28 yaşlı müdafiəçi komandasında yaşanan maaş problemlərinə belə aydınlıq gətirib:

"Bəli, maaşların ödənilməsi ilə bağlı bir az problem var. Amma bu, ən qısa zamanda həll olunacaq. Ciddi bir məsələ deyil".

Qeyd edək ki, azərbaycanəsilli rusiyalı iş adamı Tufan Sadıqov "Serik Belediyespor" klubunun sahibidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью