Şərti cəzalandırlan məşqçi I Liqa klubunu çalışdıracaq

12.11.2024

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Birinci Liqada mübarizə aparan "Difai"nin yeni baş məşqçisini açıqlayıb. Sport24.az xəbər verir ki, klub rəhbərliyi millinin sabiq üzvü Xaqani Məmmədovla anlaşıb.

Məmmədov komandanı mövsümün sonuna qədər çalışdıracaq. 

Qeyd edək ki, Xaqani Məmmədov son olaraq "Araz-Naxçıvan"da baş məşqçi Elmar Baxşıyevin köməkçisi kimi çalışmışdı. Ona bu ilin iyununda  "Oyunların toxunulmazlığı" Komissiyasının təlimatını pozduğuna görə 2 il şərti cəza verilib.

   
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью