Sertifikasiya 5000 müəllimi İŞSİZ QOYDU

12.02.2025

Icma.az, Lent az saytına istinadən bildirir.

İndiyə qədər ümumilikdə, sertifikasiya imtahanından keçmədiyi üçün 5000-ə yaxın müəllimin işinə xitam verilib.

Lent.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu il sertifikasiyaya 22000 müəllim cəlb olunacaq.

Qeyd edək ki, 2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya, informatika üzrə, 2026-cı ildə isə tarix, texnologiya, təsviri incəsənət ve fiziki tərbiyə üzrə sertifikatlaşdırılmanın birinci mərhələsi keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью