Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda son illərdə təhsilin keyfiyyətinin artırılması məqsədilə müəllimlərin sertifikatlaşdırılması prosesi başlanıb.
Bu proses, müəllimlərin peşəkar bacarıqlarını qiymətləndirmək və onların tədris sahəsindəki səviyyələrini yüksəltmək məqsədi güdür.
Ümumilikdə sertifikasiya imtahanından keçmədiyi üçün 5000-ə yaxın müəllimin işinə xitam verilib.
Bunun səbəbləri, yarımçıq qalan sertifikatlaşdırma prosesinin davamı necə olacaq. Ekspertlər nə düşünür?
Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov "Sitat.info" saytına açıqlamasında bildirib ki, builki rəqəmlər keçənilki rəqəmlər qədər ağır olacaq: "2022-ci ildə ilk dəfə ibtidai sinif müəllimləri sertifikatlaşmadan keçmişdi və ibtidai sinif müəllimlərinin sayı ölkədə olan digər fənlər üzrə olan müəllim sayından xeyli artıqdır: “Azərbaycanda ibtidai sinif müəllimlərinin sayı çoxluq təşkil edir.
Bir çox rəqəmlərdə 40 minə yaxın, bəzən isə 30 mindən bir qədər artıq göstərilir.
”2023-cü ildə Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikatlaşmadan keçdi və birinci mərhələdə sertifikatlaşmadan kəsilən və ya iştirak etməyənlər bir ildən sonra yenidən sertifikatlaşmaya cəlb olundu.