Sertifikasiya ilə bağlı müəllimlərə məlumat GÖNDƏRİLƏCƏK

13.05.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllimlərin sertifikasiya imtahanının vaxtı açıqlanıb. İmtahan 18-25 iyun tarixlərində baş tutacaq.

Modern.az-ın məlumatına görə, sabah gün sonuna qədər müəllimlərin şəxsi kabinetlərinə sertifikatlaşdırmanın keçiriləcəyi vaxt və məkanla bağlı məlumatın göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, bu il biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri sertifikasiyaya cəlb olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью