Sertifikasiya və MİQ imtahanlarını DİM ə tapşırsaq... Eskpertdən REAKSİYA | Icma.az
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bir müddət əvvəl ölkədə sertifikasiya və müəllimlərin işə qəbul uimtahanlarının Dövlət İmtahan Mərkəzinə verilməsi ilə bağlı təkliflər səsləndirilmişdi.
Sözügedən mövzu ilə bağlı müzakirələr davam edir, hətta bir çoxları ölkə ərazisində keçirilən bütün imtahanların məhz mərkəzi qurumda, yəni DİM-də keçirilməsini təklif edirlər.
Mövzu ilə bağlı Modern.az-a danışan elm və təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Dövlət İmtahan Mərkəzinin özünün funksiyası düzgün qurulmayıb: “Dövlət İmtahan Mərkəzi həm sualları tərtib edib, həm də imtahanları keçirə bilməz.
İmtahan sualları başqa qurum tərəfindən tərtib edilməli, texniki hissəsi isə DİM tərəfindən həyata keçirilməlidir.
Absurdluq buradadır ki, bütün vəzifələri DİM-ə tapşırmışıq. Dövlət İmtahan Mərkəzi öz istədiyi formada suallar tərtib edir.
Təsəvvür edin ki, tədris prosesini Elm və Təhsil Nazirliyi müəyyən edir. Amma imtahanı DİM həyata keçirir.
Bu zaman isə orta məktəbdə tədris edilən mövzulardan yox, özünə yaxın kurslarda tədris edilən və əlavə tərtib edilən vəsaitlərdən suallar salınır”.
Tam oxu
Xəbəri oxu