Sertifikasiya zamanı bunlar qadağan ediləcək

27.05.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

Əmək Məcəlləsində praktik tibb  və ya əczaçılıq  fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasında yeni qaydalar müəyyənləşir.

Ölkə.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə, “Əhalinin sağlamlığının  qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” qanuna dəyişikliklər nəzərdə tutulub.

Təklif olunan dəyişikliyə əsasən  praktik tibb  və ya əczaçılıq fəaliyyəti ilə  məşğul olan işçilərin sertifikasiyaya cəlb olunan zaman  onların siyasi baxışlarına və dini etiqadlarına görə qiymətləndirilməsi yolverilməz  hal hesab ediləcək.

Qanunvericiliyə nəzərdə tutulan dəyişikliyə əsasən  hamilə qadınlar, uşağı 3 yaşınadək sosial məzuniyyətdə olan  və  həmin məzuniyyət bitdikdən  sonra bir ildən az  müddətdə sertifikasiyası tələb olunmur.

Qanunvericilikdə  nəzərdə tutulan dəyişikliyə əsasən sertifikasiyadan keçməyən işçi təkrar sertifikasiyadan keçənədək 6 ay müddətində aylıq taarif maaşı saxlanılacaq.

Qanunvericilikdə həmçinin nəzərdə tutulur ki, sertifikasiyadan keçməyən tibb işçisi təkrar sertifikasiyadan keçənədək  işə gəlib  maaşını alacaq, ancaq   xəstəyə tibb xidməti göstərməyəcək.

Adıçəkilən qanunlara nəzərdə tutulan dəyişikliklərə əsasən  müvafiq  peşə-ixtisas və ya elmi-ixtisas  dərəcəsinin  verildiyi gündən  5 il müddətində şəhadətnamə  tələb olunmur.

Əmək Məcəlləsinə, “Əhalinin sağlamlığının  qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və  “Dərman vasitələri haqqında” qanunlarına    dəyişikliklər məsələsi Milli Məcəlləsinin Səhiyyə komitəsinin bu gün keçiirlən iclasında müzakirə edilib.

Məsələnin müzakirəsi zamanı tibb işçilərinə 6 ay müddətində tibbi xidmət göstərmədən maaş alması deputatların  narazılığına səbəb  oldu.

Deputatlardan Musa Quliyev, Qüdrət  Həsənquliyev, Əhliman Əmiraslanov və digərləri  praktik tibbi fəaliyyətlə məşğul olanlara bu müddət ərzində maaş alması ilə yanaşı, vətəndaşlara da tibbi xidmət göstərməsinin zəruriliyini qeyd ediblər.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью