Sertifikasiyada könüllü iştirak edən MÜƏLLİMLƏR

22.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bu il riyaziyyat və xarici dil müəllimlərinin sertifikasiya imtahanı keçirilib. Məlumdur ki, imtahanda 60 yaşdan sonra müəllimlər könüllü şəkildə iştirak hüququna malikdirlər.

Bəs, görəsən, bu il 60 yaşdan yuxarı neçə müəllim sertifikasiyada könüllü iştirak edib?

Modern.az xəbər verir ki, AzEdu.az Təhsil Portalı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

Qurumun bildirilib ki, cari ildə sertifikasiyada 60-dan yuxarı yaşı olan 2767 nəfər müəllim iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью