Sertifikasiyadan 60 bal toplayan müəllim VƏFAT ETDİ

26.10.2025

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xaçmazda orta məktəb müəllimi vəfat edib.

Modern.az-ın məlumatına görə, Xaçmaz şəhər 2 saylı tam orta məktəbin müəllimi Elnarə Hümmətova dünyasını dəyişib.

O, məktəbdə ibtidai sinif müəllimi işləyib.

Elnarə Hümmətova müəllimlərin sertifikasiyası imtahanında maksimum - 60 bal toplamışdı.

Onun ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.

Allah rəhmət eləsin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью