Sertifikasiyadan kəsilənlər daha çox bu müəllimlərdir NAZİR

18.11.2026

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Sertifikasiya nəticələrinə əsasən işdən azad edilən müəllimlərin böyük hissəsini ibtidai sinif müəllimləri təşkil edib.

Lent.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.

Nazir bildirib ki, məqsəd ayrı-ayrı müəllimlərin nüfuzuna xələl gətirmək və ya onların bacarıqlarını kiçiltmək deyil: “Sadəcə, fakt budur ki, ibtidai təhsil səviyyəsində dərs deyən müəllimlərimizin böyük bir hissəsi orta ixtisas təhsillidir. Bu vəziyyət uzun müddət ölkədə müəllim çatışmazlığının olması ilə əlaqədar formalaşıb. Lakin artıq biz tamamilə ali təhsilə keçmişik. Yəni həm ibtidai, həm də məktəbəqədər təhsil səviyyəsində tədrisin ali təhsilli müəllimlər tərəfindən aparılması nəzərdə tutulur. İnanırıq ki, uzunmüddətli perspektivdə bunun müsbət təsirini görəcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью