Sertifikasiyasının müsahibə nəticələri AÇIQLANDI

07.10.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 29, 30 sentyabr, 1, 2 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Bu barədə Redaktor.az-a Təhsil İnstitutunun İnsan Resusları Mərkəzindən məlumat verilib.

Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью