Sertifikasiyaya könüllü qatıldı, 59 bal TOPLADI

25.06.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

64 yaşlı müəllim sertifikasiyada yüksək nəticə göstərdi.

Redaktor.az xəbər verir ki, Qazax rayonunda uzun illər pedaqoji fəaliyyət göstərən müəllim sertifikatlaşdırma imtahanında uğurlu nəticə əldə edib.

Belə ki, Qazax rayonu Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta ümumtəhsil məktəbinin texnologiya müəllimi Abdullayeva Nüşabə Yusif qızı müəllimlərin sertifikatlaşdırılması prosesində könüllü iştirak edib. 64 yaşlı müəllim keçirilən qiymətləndirmədə 59 bal toplayaraq yüksək nəticə nümayiş etdirib (Azərbaycan müəllimi).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью