Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2025-ci ildə keçirilən imtahanlara cəlb olunan nəzarətçilər arasında sertifikatlı şəxslərin sayı artıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov deyib.
Onun sözlərinə görə, 2025-ci ildə imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası 15 476 nəfərdən ibarət olub. Onlardan 4 600 nəfəri zal nəzarətçisi sertifikatı almış şəxslərdir ki, bu da ümumi bazanın təxminən 29,7 faizini təşkil edib.
Adıgözəl Həbibov bildirib ki, hazırda Dövlət İmtahan Mərkəzinin bazasında 5 055 sertifikatlı zal nəzarətçisi mövcuddur. Bu göstərici ümumi nəzarətçilər bazasının təxminən 34,6 faizinə bərabərdir.
Şöbə müdiri qeyd edib ki, sertifikatlı nəzarətçilərin payı əvvəlki illərlə müqayisədə artım dinamikası göstərir və bu da imtahan prosesində keyfiyyətin, şəffaflığın və peşəkarlığın gücləndirilməsinə xidmət edir.
Zeynəb Rzayeva