Şərur və Babək rayonlarında ev yandı

10.12.2024

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayon Cəlilkənd kəndində və Babək rayon Nehrəm qəsəbəsində fərdi yaşayış evlərində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal Şərur və Babək rayon Dövlət Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.


Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью