Şərurda 83 yaşlı kişi yanaraq ölüb

11.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Şərurda fərdi yaşayış evində yanğın olub, 83 yaşlı kişi yanaraq ölüb.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Şərur şəhərində fərdi yaşayış evində baş verib.

Baş verən yanğın nəticəsində Şərur rayon Yengicə kənd sakini, 1942-ci il təvəllüdlü Əbülfəz Məmməd oğlu Əliyev yanaraq ölüb.

İlkin məlumata görə, yanğına səbəb elektrik sobası olub.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью