Şərurda avtomobil yanıb

18.12.2024

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şərurda yanğın olub.

APA Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə gecə saatlarında Şərur rayon Məmmədsabir kəndində "Vaz-2107" markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью