Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şərurda bədbəxt hadisə baş verib.
APA xəbər verir ki, hadisə rayonun İbadulla kəndində baş verib. Belə ki, soyuducu anbarda yük rəflərinin aşması nəticəsində 2 nəfər kartof yüklərinin altında qalıb. Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Məmmədova Rüqayyə Nurəli qızı həyatını itirib. Xəsarət alan 1976-cı il təvəllüdlü Zamanova Səidə Əsgər qızı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şərur rayon prokrorluğunda araşdırma aparılır.