Şərurda ev yanıb

31.07.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Şərur rayonunun Muğanlı kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Naxçıvam Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью