Şərurda istehlaka yararsız ətin satışının QARŞISI ALINDI

12.03.2025

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Şərur rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri reyd zamanı Şərur rayonu Xətai kənd sakini fiziki şəxs Əhmədov Rövşən İsmayıl oğlu tərəfindən ölmüş, istehlaka yararsız 59 kiloqram iribuynuzlu heyvan cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, agentliyin məlumatına görə, orqanoleptik müayinələr zamanı heyvan cəmdəyinin insan istehlakı üçün yararsız olduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, ölmüş heyvan cəmdəyi məhv olunub.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью