Şərurda maşın yandı

07.09.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunun Aşağı Daşarx kəndində minik avtomobili yanıb.

Bu barədə Milli.Az-a Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğın baş verən əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində avtomobildə baş verən yanğının genişlənərək ətraf əraziyə, o cümlədən yaxınlıqdakı elektrik dirəyinə yayılmasına imkan verilmədən söndürülüb.

Xəsarət alan olmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью