Şərurda minik və yük avtomobilləri toqquşdu, 1 nəfər ÖLDÜ

10.11.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Naxçıvan–Şərur magistral yolunun Püsyan kəndi ərazisində qeydə alınıb.

Belə ki, 68 BL 204 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil "TIR"la toqquşub.

Nəticədə "Mercedes"in sürücüsü, 1994-cü il təvəllüdlü Xəlilov Ümid Səməd oğlu həlak olub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью