Şərurda minik və yük maşını toqquşdu: xəsarət alanlar var

12.02.2026

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şərur rayonunda minik avtomobili ilə yük avtomobili toqquşub.
Lent.az xəbər verir ki, hadisə Naxçıvan–Sədərək magistralının Şərur rayonunun Daşarx kəndindən keçən hissəsində baş verib.

Məlumata görə, 74-BD-219 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil Türkiyə Respublikasına məxsus 27 AOZ 83 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini xəsarət alaraq Şərur Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Ceyhun Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью